EN

Yaxın Şərq münaqişəsi bir ay davam etsə, ABŞ HHM raketlərsiz qalacaq - Armin Papperger

Yaxın Şərq münaqişəsi bir ay davam etsə, ABŞ HHM raketlərsiz qalacaq - Armin Papperger

Yaxın Şərqdəki münaqişə daha bir ay bu tempdə davam edərsə, ABŞ və müttəfiqləri hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket qıtlığı ilə üzləşəcəklər.

AFN.az xəbər verir ki, bunu Almaniyanın "Rheinmetall" konserninin rəhbəri Armin Papperger CNBC telekanalına verdiyi müsahibədə deyib.

"Hesab edirəm ki, hazırda Avropa, Amerika və Yaxın Şərqdəki ehtiyatlar ya tamamilə boşalıb, ya da boşalmaq üzrədir. Raketlərə və HHM sistemlərinə hər yerdən böyük tələbat var. Əgər münaqişə daha bir ay davam edərsə, əlçatan raketlərin demək olar ki, qalmayacağını düşünürəm", — deyə Papperger bildirib.

Konsern rəhbəri bu vəziyyəti raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) dəyəri arasındakı kəskin fərqlə izah edib. Onun sözlərinə görə, hər birinin qiyməti 20-30 min dollar olan 60-70 min PUA istehsal etmək, onlara qarşı istifadə olunan bahalı raketlərlə müqayisədə iqtisadi baxımdan daha əlverişlidir.

Chosen
50
afn.az

1Sources