EN

Tramp Çinə səfərinin təxminən bir ay yarım təxirə salındığını bildirib

Bakı, 19 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri təxminən altı həftə təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı jurnalistlərə bildirib.

Daha əvvəl Trampın 31 mart – 2 aprel tarixlərində Çinə səfəri planlaşdırılırdı.

“Çinə səfərim zamanı Sədr Si Cinpinlə birlikdə Yaponiyanı tərifləyəcəyəm”, – deyə Amerika lideri bildirib. O, həmçinin Pekin və Tokio arasındakı münasibətlərdə gərginliyin davam etdiyini vurğulayıb.

Bu baxımdan, Takaiçi Yaponiyanın Çin ilə dialoqa açıq olduğunu qeyd edib.

Chosen
79
5
azertag.az

9Sources