Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixlərini əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt göndərişlərinin emalı və çatdırılması proseslərində müvəqqəti gecikmələr müşahidə oluna bilər.
Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlara müraciətində deyilir.