EN

"Oyunçularımın davranışından, oyuna köklənməsindən razı qaldım" - Valdas Dambrauskas

"Sabah" Misli premyer-liqasının 25-ci turunda "Sumqayıt"a qalib gəldi - 3:1.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Komandamı təbrik edirəm. Bilirdik ki, oyun asan olmayacaq. Ola bilər ki, futbolçuların düşüncəsi milli fasilədə olsun. Qarşıda həm Novruz, həm də Ramazan bayramı var. Oyunçularımın davranışından, oyuna köklənməsindən razı qaldım. Birinci hissədə 1:0 öndə olanda çoxlu qol fürsətlərindən yararlana bilmədik. İkinci yarıya sürətli başladıq və qol vurduq. Bunun üstünlüyündən istifadə etməyə başlayıq. Hesab 3:0 olanda nəzarəti bir az itirdik və son dəqiqədə lazımsız qol buraxdıq. Amma deyə bilərəm ki, oyundan razı qaldım. Futbolçular 4 günlük fasilədə ailələri ilə istirahət edəcək. Qayıdandan sonra gümrah olmalı və çempionatın önəmli, son hissəsinə hazırlaşmalıyıq.

- Futbolçulara fasilə zamanı fiziki hazırlıqlarının düşməməsi üçün hansısa tapşırıqlar veriləcək?
- Onlara xüsusi təlimat verməyəcəm. 3-4 günlük futbolu unutmaqlarını istəyirəm. Ailələrinə köklənsinlər, istirahət etsinlər. Komanda hazırda çox yaxşı formadadı. İnanıram ki, istirahətdən hazır şəkildə dönəcəklər.

- Bəs özünüz bu müddətdə futbolu unuda biləcəksiz?
- Ölkəmdə - Litvada dincələcəm. Futbolu bir az düşünməyəcəm. Amma qayıdandan sonra düşünməyə başlayacağıq. Açığı, fasilənin olmasını istəməzdim. Çünki ritmdən uzaqlaşırsan. Bəzən oyunçuları itirə bilirik. Qayıdandan sonra düşünürəm ki, “Qarabağ”la oyuna hazırlaşa biləcəyik.

Chosen
58
6
football-plus.az

7Sources