Ötən gecə "Liverpul"la keçirilən qarşılaşmada zədələnən "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimendən xəbər var. Metbuat.az xəbər verir ki, klub 26 yaşlı qolçunun səhhəti ilə bağlı məlumat yayıb. Qırıq müəyyən edildiyi üçün futbolçunun sağ qoluna gips qoyuluduğu açıqlanıb. Əməliyyatla bağlı qərarın yaxın günlərdə veriləcəyi bildirilib.Bu xəbər "Qalatasaray" azarkeşləri arasında böyük məyusluq yaradıb.Nigeriyalı ulduzun ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir.