Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) “NULLCERT” komandası Belarus Respublikasının Prezidenti yanında Operativ-Analitik Mərkəzin dəstəyi və Milli Trafik Mübadiləsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən onlayn kiber yarışda iştirak edib.Üç mərhələdən ibarət mübarizədə təmsilçilərimiz 57 komanda arasında fərqlənərək 4-cü yerə layiq görülüblər.Yarışın proqramına əsasən, iştirakçılar kiber müdafiə və insidentlərin cavablandırılması mövzularında mürəkkəb tapşırıqları icra ediblər.3–5 mart tarixlərini əhatə edən kiber yarışda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistandan olan kibertəhlükəsizlik mütəxəssisləri qüvvələrini sınayıblar.Bu cür beynəlxalq kiber yarışlar mütəxəssislər arasında təcrübə mübadiləsinin genişlənməsinə, praktiki bacarıqların inkişafına və ölkələrin kibertəhlükəsizlik potensialının gücləndirilməsinə mühüm töhfə verir.


