EN

Sürət yarışına çıxan sürücülər yolu bir birinə qatdı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sürət yarışına çıxan sürücülər kameraya düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə İngiltərənin Birminqem şəhərində qeydə alınıb.

Belə ki, “Audi” və "Mercedes" markalı avtomobillərin sürücüləri  dar küçədə sürət yarışına çıxıblar. Bir müddət sonra küçədə hərəkətin yalnız sağa və sola olduğundan xəbərsiz olan "Mercedes"in sürücüsü düzünə hərəkət edərək əvvəlcə park edilmiş iki nəqliyyat vasitəsinə daha sonra isə divara çırpılıb.

Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO

Zərbənin təsirindən nəqliyyat vasitələrdən biri həmin anda oradan keçən piyadaya dəyərək onu divara sıxışdırıb. Bundan əlavə də, yol kənarındakı işıq dirəyi də yerindən qoparaq “Audi”nin üzərinə aşıb.

Qəza nəticəsində piyada xəsarət alıb, 3 avtomobilə də ciddi ziyan dəyib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
108
avtosfer.az

1Sources