EN

“Restoranlar qiymətləri formalaşdırmaqda sərbəstdir”

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Restoranlarda xidmət haqqı ilə bağlı narazılıqlar müştərilər arasında tez-tez müşahidə olunur. Müştərilər xidmət haqqının qeyri-müəyyən göstərilməsi və ya yüksək olmasından şikayətlənirlər. Xidmət haqqı əslində biznes modelinin bir hissəsidir. Yəni restoran ya qiymətləri bir qədər yüksək qoyaraq bütün xərcləri daxil etməli, ya da ayrıca xidmət haqqı tətbiq edirsə, bunu əvvəlcədən açıq şəkildə göstərməlidir. Gizli və ya sonradan əlavə edilən ödənişlər müştəri etimadını zədələyir və uzunmüddətli perspektivdə biznes üçün zərərlidir”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, restoranlar xidmətlərinin və məhsullarının qiymətini formalaşdırmaqda sərbəstdir. Hər hansı məhdudiyyət yoxdur. Restoran, rəqabətli sektor kimi, öz məhsullarına və xidmətlərinə hansı qiyməti təyin edəcəyini öz rəhbərliyinin qərarı ilə müəyyənləşdirir. Təbii ki, burada əsas nüans, təqdim etdikləri məhsul və xidmətə görə qiyməti alıcıya əvvəlcədən bildirməkdir. Servis haqlarına gəldikdə isə məsələ bundan ibarətdir ki, müştəri aydın şəkildə əvvəlcədən bilməlidir ki, aldığı xidmət müqaviləsində hansı məbləğ nəzərdə tutulub: “Əgər servis haqqı nəzərdə tutulubsa, menyuda aydın şəkildə göstərilməlidir. Yox, əgər yazılmayıbsa, xidmət göstərən şəxs tərəfindən mütləq şəkildə müştəriyə deyilməlidir. Bundan sonra artıq vətəndaş, servis haqqının mövcud olduğunu bilə-bilə yenidən restoranın xidmətindən istifadə edirsə, burada edilə biləcək bir şey yoxdur. Hər şey qanunidir və müştəri bilə-bilə ki, servis haqqı var və bu restorandan istifadə edirsə, həmin məbləği ödəməlidir.Yox, əgər sürpriz şəkildə məlumat olmadan, menyuya qeyd edilmədən təqdim edilirsə, artıq vətəndaş qiymətin şişirdilməsindən şikayətlənib servis haqqından imtina edə bilər. Amma qeyd olunubsa, menyuda artıq vətəndaş borcunu ödəməlidir və heç bir şikayət etməyə haqqı yoxdur”.

Ekspert qeyd edib ki, əgər müştəri əvvəlcədən məlumatlandırılmayıbsa, həmin ödəniş məcburi sayıla bilməz. Bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Yəni xidmət haqqı menyuda və ya sifarişdən əvvəl açıq qeyd olunmalıdır: “Xidmət haqqı qanuni və normal praktikadır. Amma şəffaf, əvvəlcədən elan olunan və xidmət keyfiyyəti ilə əsaslandırılan formada tətbiq olunmalıdır. Ən effektiv yanaşma isə xidmət haqqını gizlətmək deyil, ya qiymətə daxil etmək, ya da açıq və seçimli etməkdir”.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
79
525.az

1Sources