EN

Sümüklərinizi məhv edir! – Alimlərdən şok nəticə

"Tulane University"nin alimləri müəyyən ediblər ki, qazlı içkilərin, fast foodun, çipslərin və şirniyyat məhsullarının həddindən artıq istehlakı sümüklərin zəifləməsi və sınıq riskinin artması ilə əlaqəlidir.

Ölkə.Az xəbər verir ki, tədqiqatın nəticələri "The British Journal of Nutrition" jurnalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər UK Biobank bazasından 160 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. Könüllülərin sağlamlıq və qidalanma göstəriciləri 12 ildən artıq müddətdə izlənilib. Tədqiqatçılar ultraişlənmiş qidaların rasiondakı payını sümük sıxlığı və sınıq halları ilə müqayisə ediblər.

Məlum olub ki, dondurulmuş hazır yeməklər, şirin yoqurtlar, səhər yeməyi lopaları, peçenye, çipslər və qazlı içkiləri daha çox qəbul edən şəxslərdə sümük toxumasının sıxlığı daha aşağı, bud sümüyü sınığı riski isə daha yüksək olub. Hesablamalara görə, gündəlik rasiona əlavə edilən hər 3,7 porsiya (30–50 qram) ultraişlənmiş qida bud sümüyü sınığı ehtimalını təxminən 10,5% artırır.

Tədqiqat iştirakçıları orta hesabla gündə təxminən səkkiz porsiya ultraişlənmiş məhsul qəbul ediblər.

Alimlərin fikrincə, bunun əsas səbəbi bu tip qidaların tərkibi ilə bağlıdır. Ultraişlənmiş məhsullar adətən duz, şəkər və yağ baxımından zəngin olsa da, sümüklərin sağlamlığı üçün vacib olan qida maddələri ilə kasaddır.

Araşdırmada bu əlaqənin xüsusilə 65 yaşdan aşağı şəxslərdə və aşağı bədən çəkisinə malik insanlarda daha qabarıq olduğu vurğulanır. Tədqiqatçılar hesab edirlər ki, bu qruplarda qida maddələrinin çatışmazlığı sümük sağlamlığına daha ciddi təsir göstərir.

Chosen
99
1
olke.az

2Sources