EN

İcra başçılarının vəzifə maaşı bu qədər olacaq - 13 200 manat

İcra başçılarının maaşı artırılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanda əksini tapıb.

 

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib:

 

Bakı şəhəri üzrə 13 200, Gəncə və Sumqayıt şəhərləri üzrə 9900, digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.

Tarix: 19 Mart 2026, 19:44   
Chosen
92
pravda.az

1Sources