EN

Xəzər dənizi ilə bağlı xəbər yayıldı, gözlər İrana çevrildi Hədəf hara olub?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“The Caspian Post” İsrailin Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hava hücumu həyata keçirdiyini yazıb.

Qəzetin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində Xəzər dənizinin sahilində yerləşən İranın Bəndər Ənzəli liman şəhərində çoxsaylı partlayışlar baş verib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, belə xəbərlərin yayılması ilk növbədə regionda onsuz da yüksək olan gərginliyin daha da artdığını göstərir:

“İsrail ilə İran arasında davam edən qarşıdurma fonunda Xəzər dənizi kimi həssas bir məkanda hər hansı hərbi əməliyyatın baş verməsi ciddi strateji nəticələr doğura bilər. Bu cür iddiaların həm informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməsi, həm də tərəflərin bir-birinə psixoloji təzyiq vasitəsi kimi istifadə edilməsi mümkündür.

Qabil Hüseynli 

Əgər həqiqətən də Xəzər hövzəsində hərbi əməliyyat baş veribsə, bu, regional təhlükəsizlik balansını dəyişə biləcək addımdır. Çünki Xəzər dənizi təkcə İran üçün deyil, həm də digər sahilyanı ölkələr üçün strateji əhəmiyyət daşıyır. Burada baş verən hər hansı hərbi aktivlik bölgədə yeni narahatlıqlar yarada bilər. Belə xəbərlər çox vaxt dəqiqləşdirilmədən ictimaiyyətə ötürülür, lakin tərəflərin rəsmi açıqlamaları olmadan yekun nəticə çıxarmaq düzgün olmaz”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
globalinfo.az

1Sources