Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 19 mart, AZƏRTAC
Bakı İllüziya Muzeyi ölkədə ilk dəfə interaktiv və əyləncəli formatda istifadəyə verilən unikal məkandır. Dünyanın 40-dan çox ölkəsində və 60-dan artıq şəhərində populyarlıq qazanan bu konsepsiya artıq Azərbaycanda da təqdim olunur.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı İllüziya Muzeyinin direktoru Tofiq Sadıqov deyib.
Direktor bildirib ki, muzeydə 20-dən çox fərqli illüziya otağı mövcuddur: “Bu məkanda illüziya ilə reallıq kəsişir. Qonaqlar maraqlı və qeyri-adi formatda hazırlanmış otaqlarda fərqli təcrübələr yaşayırlar. Müxtəlif formatlarda qurulmuş illüziya zonaları ziyarətçilərə unikal təəssürat bəxş edir”.
T.Sadıqovun sözlərinə görə, muzeyin təmir və quruculuq işləri 8 ay davam edib: “Konsepsiya bu müddət ərzində böyük bir komandanın gərgin zəhməti sayəsində tam şəkildə reallaşıb”.
Müxbir - Gülay Nəzərova
Fotoqraf - Azər İbrahimov
Videooperator - Şövqi Əzizov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.