EN

Samir Hümbətov: Zelenskinin dediyi “onda olan mənə lazımdır” ifadə böyük ehtimalla İsrailin əlində olan bəzi texnologiyalara işarədir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Ukrayna Rusiya qarşısında işğala məruz qalan dövlətdir və hər gün demək olar ki, texnologiyalarını yeniləyir ki, Rusiyanın işğal prosesində tab gətirə bilsin, dözə bilsin və istənilən hücumu dəf edə bilsin. İsrail-İran müharibəsi fərqlidir. Netanyahu ilə Zelenskinin statusu da fərqlidir. Yəni orada Rusiya hücum edib, Ukrayna müdafiə olunubsa, İrana İsrail hücum edib. Yəni bu reallıq budur. “Onda olana mənim ehtiyacım var, məndə olana onun ehtiyacı var” ifadəsi Ukraynanın əldə etdiyi yeni texnologiyalarla bağlı ola bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Samir Hümbətov açıqlamasında bildirib ki, amma bu da hələ hər şey demək deyil: “Texnologiya, xüsusən də son dövrlərdə süni zəka texnologiyası geniş inkişaf edib və bu da, əslində, ciddi bir maraq kəsb edir. Məsələ burasındadır ki, Ukraynanın əlində keçmiş Sovetlərdən qalan silahlar var. Onun üzərində tədqiqat apara bilərlər deyə bu fikri səsləndirə bilər. Çünki bu gün İranın müdafiəsində istifadə olunan əksər texnologiyalardan bəziləri Rusiyaya məxsusdur və Rusiya istehsalıdır”.

Samir Hümbətov

“Digər tərəfdən, “onda olan mənə lazımdır” ifadəsi də böyük ehtimalla İsrailin əlində olan bəzi texnologiyalara işarə edir. İran istifadə edir, onu Rusiya da satır. Rusiya da ondan Ukraynaya qarşı istifadə edir. Həmin texnologiyaya qarşı əks mövqe formalaşdıra bilmək üçün bu maraq doğura bilər. Ehtimal ki, Zelenskinin əsas söylədiyi fikir bundan ibarət ola bilər”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
75
bizimyol.info

1Sources