EN

Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycanın NATO yanında missiyasının rəhbəri Cəfər Hüseynzadə NATO-nun yeni təyin olunmuş Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Baş katibinin tərəfdaşlıqlar üzrə müavini səfir Kevin Hamilton ilə görüşüb.

APA xəbər verir ki, bu barədə məlumat Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin "X" hesabında paylaşılıb.

Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında məhsuldar müzakirələr aparılıb.

Tərəflər həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının vətəndaşları, diplomatik nümayəndələrinin İrandan təhlükəsiz təxliyəsində oynadığı mühüm rolu vurğulayıblar.

Bundan əlavə, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Chosen
149
5
apa.az

6Sources