Pentaqonun Konqresdən İranla müharibə üçün istədiyi məbləğ dəyişə bilər.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
O, İrana qarşı əməliyyatların davam etdirilməsi üçün Konqresə fokuslandıqlarını bildirib.
Heqset deyib ki, “pis oğlanları” öldürmək üçün pul lazımdır: “Biz əmin olmalıyıq ki, normal şəkildə maliyyə ilə təmin olunuruq və gələcəkdə etməli olduğumuz işləri görmək üçün kifayət qədər maddi imkanımız var. Sursatlarımız yenilənməlidir, 200 rəqəmi dəyişə bilər”.