EN

"Baku Fire" və "Neftçi"dən qələbə

Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Baku Fire" "Şuşa" kollektivini 8:4 hesabı ilə üstələyib.

Ardınca turun mərkəzi görüşündə "Neftçi" İK "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlub edib.

"Lənkəran" komandası U-19 ilə keçiriləcək matç üçün təyin olunmuş vaxtda meydana çıxmadığına görə qarşılaşma baş tutmayıb. Oyunun nəticəsi ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

Xal durumu: "Neftçi" İK - 40, "Araz-Naxçıvan" – 37, "Baku Fire" – 29, "Şuşa" – 18, U-19 – 6, Lənkəran – 0.

Chosen
116
3
fanat.az

5Sources