EN

“Neftçi” vahid lider oldu, bir oyun baş tutmadı

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Futzal üzrə Yüksək Liqada 15-cii turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, günün ilk matçında "Baku Fire" "Şuşa" kollektivini 8:4 hesabı ilə üstələyib.

Ardınca turun mərkəzi görüşündə "Neftçi" İK "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlub edib.

"Lənkəran" komandası U-19 ilə keçiriləcək matç üçün təyin olunmuş vaxtda meydana çıxmadığına görə qarşılaşma baş tutmayıb. Oyunun nəticəsi ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

Hazırda yarış cədvəlində xal durumu belədir:

"Neftçi" İK – 40, "Araz-Naxçıvan" – 37, "Baku Fire" – 29, "Şuşa" – 18, U-19 – 6, Lənkəran – 0.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
3
sport24.az

5Sources