EN

Türkiyədə yeni dələduzluq metodu Çirkli pulları belə yuyurlar...

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illərdə bank kartları üzərindən həyata keçirilən dələduzluq halları sürətlə yayılır və getdikcə daha təhlükəli xarakter alır.

Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyədə son dövrlərdə yeni dələduzluq üsulu yayılmağa başlayıb.

Belə ki, “IBAN kirayəsi” adlanan bu üsuldan istifadə edən cinayətkar şəbəkə vətəndaşların bank hesablarını çirkli pulların yuyulmasında istifadə edir.

Bu üsuldan istifadə edən dələduzlar vətəndaşların hesabına kiçik məbləğdə pul köçürürlər. Daha sonra həmin şəxslə əlaqə saxlayaraq pulun səhvən göndərildiyini bildirir və geri qaytarılmasını xahiş edirlər.

Əsas problem ondadır ki, vətəndaşlar pulu geri qaytararkən həmin məbləği əsl göndərənin hesabına deyil, dələduzların təqdim etdiyi başqa IBAN-a köçürürlər. Nəticədə isə bilmədən çirkli pul dövriyyəsinin bir hissəsinə çevrilirlər.

Belə hallarla qarşılaşan vətəndaşlara tövsiyə olunur ki, pulu özbaşına geri göndərməsinlər. Əvəzində dərhal bankla əlaqə saxlanmalı, hesab üzrə əməliyyatlar yoxlanmalı və zəruri hallarda bloklama tətbiq olunmalıdır.

Pulun yalnız bank vasitəsilə geri qaytarılması həm vətəndaşı hüquqi məsuliyyətdən qoruyur, həm də mümkün cinayət əlaqələrinin qarşısını alır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
85
32
yeniavaz.com

10Sources