EN

Hacı Əliyev: “Çempion olmaq və ölkədə tanınmaq çox xoş hissdir” VİDEO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Şübhəsiz, çempion olmaq və ölkədə tanınmaq çox xoş hissdir”.

İdman.Biz xəbər verir ki, bunu güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev deyib.

O, Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə öz təcrübəsini bölüşüb:

“Şübhəsiz, çempion olmaq və ölkədə tanınmaq çox xoş hissdir. Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir. Hər kəsə tövsiyəm budur ki, idmanla məşğul olsunlar, zərərli vərdişlərdən uzaq dursunlar. Qələbə qazanmaq, bayrağımızı yüksəltmək və himnimizin səslənməsi isə təsvir olunmaz bir qürurdur”.

Yusif Sadıqlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
1
icma.az

2Sources