EN

Milyonlarla “iPhone” risk altında

Tədqiqatçılar iPhone istifadəçilərini hədəf alan “DarkSword” adlı çox mürəkkəb kiberhücum zənciri aşkar ediblər.

News365.az xəbər verir ki, hakerlər kiber hüçüm nəticəsində “iPhone” istifadəçilərinin məlumatlarını oğurlayır. Artıq bir neçə nəfər hakerlərin qurbanı olub. Əsasən iOS 18.4 - 18.6.2 ilə işləyən cihazları hədəfə alınır. Oğurlanan məlumatlar içində mesajlar, şəkillər, bank kartları və kripto cüzdan məlumatları var.

Müxttəsislər qeyd edir ki, son dərəcə diqqətli olmaq lazımdır, çünki kiber hücüm nəticəsində cihazdan məlumatları çıxardıqdan sonra özünü silən proqramı müəyyən etmək mümkün olmur. İstifadəçilərə güvənmədikləri proqramları yükləməmək tövsiyə edilir.

Chosen
64
news365.az

1Sources