EN

Pit Heqset: Müharibənin yekununu Prezident Tramp müəyyən edəcək

Vaşinqton, 19 mart, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müharibə katibi Pit Heqset İranla müharibənin plan üzrə getdiyini deyib.

AZƏRTAC xəbər verir ki, o bunu keçirdiyi mətbut konfransında bildirib.

“Müharibənin sonu üçün qəti bir zaman çərçivəsi müəyyən etmək istəməzdik. Tam yekunu Prezident Donald Tramp müəyyən edəcək, lakin dediyimiz kimi, biz plan üzərə gedirik",- deyə o vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
53
1
azertag.az

2Sources