EN

DİM buraxılış imtahanları ilə bağlı şagirdlərə çağırış edib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi 9 və 15 mart tarixlərində keçirilmişburaxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsininöyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, sorğunun keçirilməsində əsas məqsəd imtahanprosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumiməmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələrimtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətindəistifadə olunacaq.

Sorğuda 9 və 15 mart tarixlərində buraxılış imtahanı verənşagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütünimtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.

Verilən keçiddə sorğu bölməsində iş nömrəsi (8 rəqəmli şagirdkodu), soyad, ad və ata adınızı müvafiq hissələrə daxil edibsorğuda iştirak edə bilərsiniz!
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov

Qeyd edək ki, müəllimlər və uşaqlar martın 9-da keçirilənburaxılış imtahanının əvvəlki illərlə müqayisədə çətin olduğunuqeyd edirlər. Sosial mediada aparılan müzakirələrdə xüsusilə,azərbaycan dili və riyaziyyat suallarının olduqca qəlizliyini, eynizamanda, açıq tipli sualların çətin olduğu üçün vaxt çatmadığınıqeyd edirlər.

Dövlət İmtahan Mərkəzi isə mövzu ilə bağlı sorğuya cavabındabildirmişdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilənburaxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinadetdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırdaölkədə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasındahazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunuhazırlanarkən qeyd olunanlar nəzərə alınır.

Chosen
72
2
az.trend.az

2Sources