Bakı. Trend:
Unibank KB 16–22 mart tarixlərini əhatə edən “Qlobal PulHəftəsi” (Global Money Week) münasibətilə məktəblilər üçünmaarifləndirici tədbir təşkil edib. Tədbirin məqsədi gənc nəsləmaliyyə savadlılığının əhəmiyyətini aşılamaq, pulun düzgün idarəolunması və qənaət vərdişlərinin erkən yaşlardanformalaşdırılmasına töhfə vermək olub.
Məktəblilər tədbir zamanı bankın İdarə Heyətinin sədrininvəzifəsini müvəqqəti icra edən Heybət Qədirovla da görüşüblər. O,çıxışında “Qlobal Pul Həftəsi”nin əhəmiyyətini vurğulayaraq,maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının vacibliyiniqeyd edib. Bank rəhbəri bildirib ki, bu cür tədbirlər gələcəkdəmaliyyə baxımından savadlı, məsuliyyətli və uğurlu vətəndaşlarınformalaşmasına xidmət edir.
Tədbirin davamında iştirakçılar üçün maliyyə savadlılığımövzusunda interaktiv təlim keçirilib. Təlim zamanı məktəblilərəpulla düzgün davranış qaydaları, gündəlik xərclərin idarə olunması,qənaət vərdişləri və maliyyə planlaşdırmasının əsasları izahedilib. Eyni zamanda uşaqlar mövzu ilə bağlı müxtəlif tapşırıqlaryerinə yetirərək öyrəndiklərini praktik şəkildə tətbiq etmək imkanıqazanıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdimolunub.
Tədbir çərçivəsində məktəblilər bankın müxtəlif departamentlərivə filialın fəaliyyəti ilə yaxından tanış olublar.
#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks#MaliyyəSavadlılığı
Unibank- Sənin Bankın!