EN

“Dövlət qulluqçularının aldıqları mükafatların həcmi, ləğv olunan mükafatların maaşlara əlavə olunub olunmayacağı kimi məsələlər açıq qalır”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dövlət qulluğunda əməkhaqqı sistemi təkmilləşdirilir və mükafatlandırma mexanizmi ləğv edilməsi nəzərdə tutulur. Bizimyol.info xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb. Yeni qanuna əsasən, dövlət büdcəsi hesabına ödənilən həm kollektiv, həm də fərdi mükafatlar artıq olmayacaq. Əvvəllər əlavə təşviq ödənişləri və bayram mükafatları əməkdaşın aylıq maaşının üç misli qədər verilirdi. İndi isə əməkhaqqı daha vahid, şəffaf və sabit olacaq, gəlirlər əsasən əsas maaş üzərində formalaşacaq.Bu qanun ölkə iqtisadiyyatına və dövlət qulluğunda çalışanların sosial iqtisadi vəziyyətinə necə təsir edə bilər?Dövlət qulluğunda işləmək istəyənlərin sayına mənfi təsir göstərə bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, maaşların fiksə olunmuş formada verilməsi nəzərdə tutulur.

Natiq Cəfərli

“Bu məsələ ilə bağlı indidən konkret fikir söyləmək çətindir. Aydın görünür ki, məqsəd büdcəyə qənaət etmək və sui-istifadə hallarının qarşısını almaqdır, yəni maaşların fiksə olunmuş formada verilməsi nəzərdə tutulur. Lakin əgər əvvəllər bəzi dövlət və büdcə təşkilatlarında çalışan şəxslər hər ay maaşları həcmində mükafat alırdılarsa və bu ödənişlər tamamilə ləğv ediləcəksə, onların maaşları artırılacaqmı? Əgər maaşlar artırılmasa, bu, işçilərin çalışmağa marağı azalacaqmı? Həmçinin bu dəyişikliklər korrupsiya hallarının artmasına və ya vətəndaşların incidilməsinə gətirb çıxara bilərmi? Bu suallar açıq qalır.

Bu baxımdan yaxşı olardı ki, hökumət və aidiyyəti qurumlar rəsmi açıqlama versinlər: dəyişikliklərin səbəbi nədir, kimlərə şamil olunacaq, maaş artımı olacaqmı, yoxsa olmayacaq? Hazırda rəsmi məlumatlar o qədər azdır ki. Dövlət qulluğunda çalışanların sayı, aldıqları mükafatların həcmi, bu ödənişlərin müntəzəmliyi (aylıq, yoxsa illik verilməsi) və ləğv olunan mükafatların maaşlara əlavə olunub-olunmayacağı kimi məsələlər açıq qalır. Bu sualların cavabı isə yalnız rəsmi qurumlardadır”-deyə Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
bizimyol.info

1Sources