Bakı, 19 mart, AZƏRTAC
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda vətəndaşların müraciətlərini dinləyəcək və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri müraciətlərini çatdıra biləcəklər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı martın 31-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 1-i saat 08:00-da Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.
Onu da qeyd edək ki, nazirlə görüşə və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.