EN

Beyləqanda 141 şəhid ailəsinə Ramazan sovqatları təqdim olunub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ramazan bayramı ərəfəsində “Nargis” Fondu, “Bank Respublika” və “Coca-Cola” şirkətlərinin sponsor dəstəyi, həmçinin Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Beyləqan şəhəri və ətraf kəndlərdə yaşayan 141 şəhid ailəsinə bayram sovqatları təqdim olunub.

Layihə çərçivəsində ailələr üçün gündəlik tələbatı qarşılayan ərzaq məhsullarından ibarət sovqat qutuları hazırlanaraq ünvanlara çatdırılıb.

Təşəbbüs şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onlara bayram sevincinin bəxş edilməsi məqsədi daşıyır.

Sovqat qutularına daxil olan məhsullar: çay, günəbaxan yağı, şəkər, bulgur, qarabaşaq, yumru düyü, qırmızı mərcimək, süfrə duzu, xörək duzu, un, kəllə qənd, tomat pastası, xurma, bütöv toyuq, uzun düyü, makaron (qələm/penne), makaron (spagetti), makaron (bukle), 1 kiloqramlıq və 180 qramlıq kərə yağları.

“Nargis” Fondu sosial dəstək və xeyriyyə təşəbbüslərini hər il davamlı şəkildə həyata keçirir. Bu istiqamətdə cari il də Ramazan ayı ərzində Bakı və Bakı ətrafı kəndlərdə yaşayan aztəminatlı ailələrə yardım sovqatları təqdim edilib.

Bütün Azərbaycan xalqını, o cümlədən Beyləqan rayonunun sakinlərini qarşıdan gələn bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə sağlamlıq, rifah və bərəkət arzulayırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
1
azertag.az

3Sources