EN

Eşşəklərimiz azalır VAHİMƏLİ STATİSTİKA

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda son 1 ildə 2 min 398 eşşək yoxa çıxıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda 2026-cı ilin 1 yanvarı üçün qeydə alınan eşşəklərin sayı 10 min 311 olub.

Halbuki, 2025-ci ildə ölkə ərazisində 12 709 baş eşşək qeydə alınıb. Bu da onu göstərir ki, 1 il ərzində ölkədə eşşək kontingenti 2 min 398 baş azalıb.

Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. 

Beləliklə, 2014-cü illə müqayisədə 2026-cı il üçün Azərbaycanda eşşək sayı 4 dəfə azalıb.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
75
1
modern.az

2Sources