EN

Milli kimliyimizin və inancımızın vəhdəti: Tərtərdə ikiqat bayram coşqusu

ain.az bildirir, Azertag portalına istinadən.

Tərtər, 19 mart, AZƏRTAC

Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də ikiqat bayram sevinci yaşadıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirinin keçirildiyi Tərtər şəhərinin mərkəzi meydanında xalça-palazlar sərilib, Novruz süfrəsi qurulub, bayram tonqalı qalanıb. İştirakçılar Tarix-Diyarşünaslıq Muzeyinin sərgisinə, məktəblilərin və Uşaq Gənclər İnkişaf Mərkəzinin bahara həsr olunmuş rəsm və əl işlərinə baxıblar. Rayon idmançılarının güləş, boks, kikboksing üzrə çıxışları, kəndirbazların oyunları, yumurta döyüşü maraqla izlənilib. Meydanda Novruza xas olan təamlar — yuxa, kətə, qovurğa, aş və müxtəlif şirniyyatlar süfrələrə düzülüb. Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq onlara xeyir-dua verib, Keçəl və Kosanın çıxışları tədbirə xüsusi rəng qatıb.

Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı şən və rəngarəng konsert proqramı ilə davam edib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup tərtərliyə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri fərmanları təqdim olunub.

Müxbir – Tahir Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
azertag.az

1Sources