EN

Məşhur markanın yüz minlərlə avro dəyərində ayaqqabısı oğurlanıb

Venesiyada yerləşən İtaliyanın lüks şirkəti “Prada”nın fabrikindən 400 cüt dizayner ayaqqabısı oğurlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazır.

Jurnalistlərin məlumatına görə, oğrular 400 cüt dizayner ayaqqabısı oğurlayıblar və dəyən ziyan yüz minlərlə avro olaraq qiymətləndirilir.

Altı və ya yeddi nəfərdən ibarət bir qrup şəxsin soyğunçuluğu səhər saat 4:00 radələrində həyata keçirdiyi bildirilir. Soyğunçular əvvəlcə  fabrikə gedən yolu oğurlanmış mikroavtobus və avtomobillərlə bağlayıblar. Qəzet bildirir ki, cinayətkarlar bununla da zavoda piyada getməyə məcbur olan xüsusi təyinatlı qüvvələrin girişini bağlayıblar. Cinayətkarlar daha sonra hadisə yerindən qaçıblar.

Daha sonra, müstəntiqlər cinayətkarları müəyyən etmək və oğurlanmış markalı məhsulları tapmaq üçün müşahidə kameralarının görüntülərini araşdırıblar.

QAZİLER.AZ

Chosen
49
qaziler.az

1Sources