Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolunəqliyyatı vasitələri ilə 458,3 milyon ABŞ dolları dəyərində 1,058milyon ton yük daşınıb.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 68,2 milyon ABŞ dolları və ya 13%, həcmifadəsində isə 206,025 min ton və ya 16,3% azdır.
Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 120,1milyon ABŞ dolları dəyərində təqribən 323,1 min ton yük ixracolunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 7,639 milyon ABŞ dolları və ya 6%, həcmifadəsində isə 92,9 min ton və ya 22,3% azdır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana dəmir yolunəqliyyatı ilə 338,2 milyon ABŞ dolları dəyərində 735,4 min ton yükidxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 60,6 milyon ABŞ dolları və ya 15,2%,həcm ifadəsində isə 113,1 min ton və ya 13,3% azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandayük nəqliyyatı vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dollarıdəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları vəya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5%azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyonton və ya 12,9% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dollarıdəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyardABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya21,7% azdır.