EN

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi 17 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatıvasitələri ilə 407,350 milyon ABŞ dolları dəyərində 39,5 min tonyük daşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 1,306 milyard ABŞ dolları və ya 4,2dəfə az, həcm ifadəsində isə 37,3 min ton və ya 17,6 dəfəçoxdur.

Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 116,1 milyonABŞ dolları dəyərində təqribən 37,5 min ton yük ixrac olunub ki,bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 61,2 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm ifadəsindəisə 37,3 min ton və ya 284 dəfə çoxdur.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana hava nəqliyyatı ilə291,2 milyon ABŞ dolları dəyərində 2,018 min ton yük idxal olunubki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 1,367 milyard ABŞ dolları və ya 5,7 dəfə, həcmifadəsində isə 97 ton və ya 4,6% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandayük nəqliyyatı vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dollarıdəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları vəya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyonton və ya 12,9% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dollarıdəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyardABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya21,7% azdır.

Chosen
63
9
az.trend.az

10Sources