EN

Bu torpaqlar daim Azərbaycanın nəzarətində qalacaq Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Prezident İlham Əliyev böyük bir tarix yazdı. Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu, müsəlman dünyasında, türk dünyasında və ümumilikdə son 80 ildə dünya siyasətində nadir hallardan biridir ki, bir dövlət və onun rəhbəri öz ərazilərini tam şəkildə işğaldan azad edərək suverenliyini bərpa edib. Bu, özlüyündə böyük tarixi hadisədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsamyılzadə Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində Xocavəndə səfərindən danışarkən səsləndirdi.

"Təbii ki, bu böyük zəfərdən sonra azad edilmiş, dağıdılmış və talan olunmuş ərazilərin bərpası, ora həyatın qaytarılması, infrastruktur layihələrinin həyata keçirilməsi və geniş quruculuq işlərinin aparılması xüsusi diqqət tələb edir. Prezidentin həmin ərazilərə səfərləri, insanlarla bayramları birgə keçirməsi, yeni obyektlərin açılışı, insanları ora köçməyə təşviq etməsi, "Böyük Qayıdış" prosesinə dəstək verməsi mühüm əhəmiyyət daşıyır. Bu addımlar eyni zamanda beynəlxalq ictimaiyyətə verilən açıq mesajdır: bu torpaqlar artıq tam şəkildə Azərbaycanın nəzarətindədir, ölkənin suverenliyi bərpa olunub, həmin ərazilərə xüsusi diqqət göstərilir, inkişaf prosesi gedir, yeni layihələr həyata keçirilir və tam təhlükəsizlik təmin olunub. Yəni bu, onu göstərir ki, bu torpaqlar bundan sonra da daim Azərbaycanın nəzarətində qalacaq və ora həyat artıq geri qayıdır. Beləliklə, İlham Əliyevin həmin ərazilərə səfərləri və bayramları məhz orada keçirməsi bu mesajın dünyaya çatdırılmasının bir formasıdır", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
redaktor.az

2Sources