EN

Simic kişi kimə lazımdır? Onu yanında necə kişi kimi görə bilərsən?

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Kişi əliaçıq olar da. Simic kişi kimə və nəyə lazımdır? Onu necə yanında kişi kimi görə bilərsən? Mən düşünürəm ki, kişi qadından üstün olmalıdır. Güc baxımından. Əgər gücü yoxdursa, tutaq ki, maddi olaraq, mənəvi olaraq güclü olmalıdır. Ki, mən özüm ondan əgər maddi və mənəvi baxımdan üstün olsam o mənim gözümdə cılızlaşır. Bilmirəm başqasında necədir, bəlkə buna görə tənqid də olunacam, amma məndə belədir. Və nə hiss eləyirəmsə, onu deyirəm.

Demokrat.az-ın məlumatınt görə tanınmış aktrisa Ülviyyə Xəlilbəyli müsahibəsində kişi və qadın münasibətləri, xüsusilə qarşı tərəfin xarakterik xüsusiyyətləri haqqında maraqlı fikirlər səsləndirib. O, qadının yanında olan kişinin həm maddi, həm də mənəvi cəhətdən güclü olmasının vacibliyini vurğulayıb.Aktrisa bildirib ki, kişi hər zaman əliaçıq olmalı və qadından üstün görünməlidir. Onun sözlərinə görə, əgər qadın maddi və ya mənəvi baxımdan kişini üstələyirsə, həmin şəxs onun gözündə cılızlaşmağa başlayır. "Simic kişi kimə və nəyə lazımdır? Onu necə yanında kişi kimi görə bilərsən?" deyən sənətçi qarşı tərəfin qorxmadan jest etməli olduğunu qeyd edib.Ona görə, lap maddi olaraq güclüdür, mənəvi olaraq zəifdirsə, o da cılızdır. Balansı tutmaq lazımdır. Kişi nə qədər qadına jest eləyirsə, onun gücü də, onun maddiyyatı da o qədər artır və zənginləşir. O əslində qorxmamalıdır. Yəni kişi əliaçıq olar da. Simic kişi kimə və nəyə lazımdır? Onu necə yanında kişi kimi görə bilərsən? Amma yenə də burda kimsə kiçiltmək, kimsə aşağılamaq anlamında demədim. Yəni hər kəsin bir fikri var, mən də fikrimi dedim."

 

İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
demokrat.az

1Sources