EN

İran onların enerji infrastrukturu məhv edilənə qədər dayanmayacaq

İran Körfəzdəki ABŞ və İsrail müttəfiqlərinin enerji infrastrukturu tamamilə məhv edilənə qədər hücum edəcək.

Publika.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının rəsmisi İbrahim Zülfüqari bəyanat yayıb.

"Düşmənə xəbərdarlıq edirik ki, siz İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə böyük bir səhvə yol vermisiniz. Əgər bu təkrarlanarsa, sizin və müttəfiqlərinizin enerji infrastrukturuna hücumlar tamamilə məhv edilənə qədər dayanmayacaq. İranın cavabı indiyə qədər edilən hücumlardan daha şiddətli olacaq”, - deyə Zülfüqari qeyd edib.

Chosen
122
publika.az

1Sources