EN

Kəmalə Günəşlini qarğıdılar Oğlumun mahnısını halal etmirəm, dava dərmana xərcləsin… VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Özünü yandıraraq intihar edən meyxanaçı Şaban Neftçalalının (Hüseynov) anası olduğunu iddia edən E. Hüseynova adlı qadın müğənni Kəmalə Günəşlini oğlunun “Röyada idim” mahnısını oğurlamaqda ittiham edib.

Bakupost.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə çıxış edib.

E. Hüseynova bildirib ki, “Röyada idim” mahnısı onun oğluna məxsusdur və Kəmalə Günəşli ilə Tural Sədalı tərəfindən icazəsiz götürülüb:

“Onlar nə ixtiyarla oğlumun mahnısını götürüblər? Oğlum bu mahnı üçün çox əziyyət çəkib. O vaxt tələbə idi. Mən kasetin aranjimanına, studiya xərclərinə, yol puluna qədər hər şeyi özüm qarşılamışam. Bütün Azərbaycan bilir ki, o mahnının həm sözləri, həm də musiqisi Şabanındır. Onlar düşünürlər ki, Şaban yiyəsizdir? Mən bir gün efirə çıxacam. Kəmaləyə halal etmirəm. Necə ki, mən Şaban üçün qazandığım pulları dava-dərmana xərclədim, Kəmalə də qazandığı pulları Tural Sədalı ilə birlikdə dava-dərmana versin. Mən halallıq vermirəm. Nəticə əldə edənə və mahnını qadağan etməyənə qədər onlardan əl çəkməyəcəyəm”.

Xatırladaq ki, Nefçala rayon sakini, 1985-ci il təvəllüdlü Şaban Gülmirzə oğlu Hüseynov 2017-ci il dekabrın 22-də özünü yandıraraq intihar edib.

Lalə, BakuPost

Fotolarda Şaban Nefçalalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
72
www.bakupost.az

1Sources