EN

Azəriqaz bayramda da işləyəcək

ain.az, Azvision portalına istinadən məlumat verir.

"Azəriqaz" İB-nin Müştəri xidmətləri şöbəsinin əməkdaşları 20.03.2026 - 29.03.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Bu barədə AzVision.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar. 20.03.2026 - 29.03.2026-cı il tarixlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 30.03.2026-cı il tarixindən isə mərkəzlərdə vətəndaşlara xidmət göstəriləcək. Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
50
8
azvision.az

10Sources