EN

® “ABB-eSİM” xidməti istifadəyə verilib!

Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni platformadan xidmət almaq imkanlarını genişləndirir.

Bank indiyə qədər özünün “ABB mobile” tətbiqində səyahət sığortası xidmətini, visa müraciətlərinə dəstək, o cümlədən hesabdan çıxarış və arayışların alınmasını, səyahətlərdən millər qazandıran ABB “AZAL Miles” kartlarından istifadəni hər kəsə əlçatan edib.

İndi isə ABB-dən səyahətsevərlər üçün daha bir mühüm xəbər var. Bank “ABB-eSİM” xidmətini mobile tətbiqində istifadəyə verib. Bununla xaricə səfərlər zamanı internetə çıxış problemi daha keçmişdə qalır. “ABB mobile” tətbiqinin hər bir istifadəçisi ölkə xaricində olarkən tətbiqdə özünə uyğun “ABB-eSİM” paketini seçib, rahatlıqla internet şəbəkəsinə qoşulur.

“ABB-eSİM” istifadəçilərə fiziki SİM karta ehtiyac olmadan xidmətlərdən yararlanmaq, müxtəlif ölkələrdə etibarlı internet bağlantısına qoşulmaq, alış və ödənişləri birbaşa tətbiq üzərindən həyata keçirmək, eləcə də seçilmiş paketləri rahatlıqla idarə etmək və izləmək imkanı verir.

Qeyd edək ki, “eSİM” (embedded SİM) - fiziki SİM kartı əvəz edən virtual SİM kartdır. O, mobil cihazın daxili yaddaşına yüklənir və aktivləşdirildikdən sonra mobil operatorun şəbəkəsindən istifadə etmək olur.

“eSİM”in səyahətçilər üçün bir çox üstünlükləri var. İlk növbədə, fiziki SİM kartı dəyişdirməyə ehtiyac qalmır. “eSİM”lə müxtəlif ölkələrdə fərqli mobil operatorların şəbəkələrinə qoşulmaq olur. Rominq xidmətlərindən fərqli olaraq “eSİM” paketlərində daha sərfəli tariflər seçmək mümkündür.

“ABB mobile” tətbiqi vasitəsilə istifadəçilər “ABB-eSİM” xidmətini də fiziki kartı dəyişmədən birbaşa tətbiq üzərindən əldə edərək dərhal aktivləşdirə və xaricdə fasiləsiz internet bağlantısından yararlana bilərlər. “eSİM”i aktivləşdirmək çox sadə və rahatdır. QR kodu skan etməklə “eSİM”i sürətli şəkildə aktivləşdirmək olur.

“ABB-eSİM” xidmətinin üstünlüklərindən biri də odur ki, “ABB mobile” vasitəsilə “eSİM” əldə edilərkən 18 faiz əlavə dəyər vergisi tətbiq olunmur. Bu da istifadəçilər üçün xərclərə əlavə qənaət imkanı deməkdir.

Səyahətlər üçün xidmətlərin bir platformada toplanmasını ABB yeni layihələrlə davam etdirəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/ , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Chosen
62
8
azertag.az

9Sources