EN

Sumqayıt Sabah a qarşı 4 itki ilə mübarizə aparacaq AÇIQLAMA

ain.az bildirir, Fanat portalına istinadən.

Misli Premyer Liqasının (MPL) 25-ci turu çərçivəsində "Sabah"ın qonağı olacaq "Sumqayıt" oyuna 4 itki ilə çıxacaq.

Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib: 

"Ayxan Süleymanlı, Roi Kehat və Keffel Resende zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Abdul Raşid Mumini isə sarı vərəqə limiti dolduğu üçün "Sabah"la qarşılaşmanı kənardan izləyəcək". 

"Bank Respublika Arena"da bu gün baş tutacaq "Sabah" - "Sumqayıt" qarşılaşmasının start fiti 19:15-də səslənəcək. Hazırda 59 xalı olan Masazır təmsilçisi 1-ci, 32 xala malik "Sumqayıt" isə 7-ci sırada mövqe tutub.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
fanat.az

2Sources