EN

80 yaşlı kişi poçtda vəfat etdi - FOTO

Mingəçevirdə yaşlı kişi poçtda qəfildən vəfat edib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Novruz şənliyinin keçirildiyi meydanın yaxınlığında yerləşən Mərkəzi Poçt binasında qeydə alınıb.

1946-cı il təvəllüdlü şəhər sakini Rafael Qubadzadə xidmətdən yararlanmaq üçün gəldiyi poçt şöbəsində qəfildən halı pisləşərək dünyasını dəyişib. İlkin müayinə zamanı onun ürəktutmasından vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
67
2
bakivaxti.az

3Sources