EN

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən rayonu üzrə Gənclər və İdman sektoru ərazi partiya təşkilatında yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən rayonu üzrə Gənclər və İdman sektoru ərazi partiya təşkilatının sədr müavini Rəşail Babayev və digər partiya üzvləri iştirak ediblər.

Yığıncaqda çıxış edən natiqlər qeyd ediblər ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması davamlı inkişaf strategiyasında bu sahəyə verilən xüsusi önəmin bariz ifadəsidir. Bildirilib ki, bu qərar müasir urbanizasiya çağırışlarına cavab verən, milli-mədəni irsin qorunmasını təmin edən və innovativ yanaşmaları təşviq edən mühüm təşəbbüsdür.

Sonda natiqlər partiya üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara xoş ovqat və firavanlıq arzulayıblar.

Chosen
85
1
ikisahil.az

2Sources