EN

Bernardo Silvaya daha bir müştəri

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Yuventus”un “radar”ına düşüb.

Msport.az xəbər verir ki, “Nyukasl”ın oyunçusu Sandro Tonalindən diqqətini ayıran Turin təmsilçisi indi Silva ilə maraqlanır.

Əvvəl bildirildiyi kimi, portuqaliyalı oyunçu mövsümün sonunda, müqaviləsinin müddəti bitdikdən sonra “Mançester Siti”dən ayrılmaq imkanına malikdir.

31 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 41 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Chosen
23
msport.az

1Sources