EN

Mədəniyyət naziri gənclərlə görüşdə 1200 dollarlıq ayaqqabı geyinib

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Əndicanda keçirilən "Nazir və Gənclər Görüşü"ndə bahalı dizayner ayaqqabıları geyinərək iştirak edib. Bunu Nazirliyin rəsmi saytında dərc olunmuş videolardan görmək olar.

Hafta.az yazır ki, nazirliyin məlumatına görə, tədbirdə təxminən 300 gənc iştirak edib. Ən maraqlısı, nazirin Avropa və ABŞ-da 1200 dollara satılan “Hermes” markalı ayaqqabılarla gəlməsi olub. Bu, Nazirlər Kabinetinin 14 oktyabr 2022-ci il tarixli "Dövlət qulluqçuları tərəfindən etik qaydalara riayət olunmasını təmin etmək üçün əlavə tədbirlər" qərarına ziddir.

Qərarın 6-cı maddəsində deyilir ki, dövlət qulluqçusunun görünüşü iş şəraitinə və xidmət növünə uyğun olmalı, vətəndaşlara hörmət göstərməli, ümumi iş etiketinə riayət etməli, rəsmilik, qərəzsizlik, təvazökarlıq və intizam nümayiş etdirməlidir. Bir sözlə, dövlət qulluqçusunun görünüşü təvazökar olmalıdır.

Chosen
73
hafta.az

1Sources