EN

Mənə zülm yaraşır Bəxtiyar Vahabzadə

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Xalq şairi Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini təqdim edir.

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Həyəcanla, fərəhlə, qəmlə dolu o illər

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım: ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən, gülüm,

Bəs nə oldu?

Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan,

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Geriyə də baxmadın!

Niyə sənin yolunu məhəbbətin kəsmədi?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Sentyabr 1961

Milli Dram Teatrı ilə Şəki Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı

Köç - Abdulla Şaiqin hekayəsi

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
1
kulis.az

2Sources