EN

Rəşad Nəbiyev Qobustanda vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib.

SİA xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - R.Nəbiyev qeyd edib.

Chosen
10
sia.az

1Sources