Polşada ABŞ zirehli briqadalarının qalması Avropanın müdafiəsi üçün vacibdir.
Redaktor.az xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç bildirib ki, Avropa 2035-ci ilə qədər öz müdafiəsini tam təmin edə bilməyəcək.
Polşa mediası onun sözlərini sitat gətirərək yazıb: "Bu iki zirehli briqada hazırkı çəkindirmə funksiyamız üçün çox vacibdir".
Qrinkeviç əlavə edib ki, hazırda "Amerika qoşunlarının Avropada yerləşdirilməsi ilə bağlı heç bir dəyişiklik etməyi tövsiyə etmir" və NATO üzv dövlətlərinin artan xərclərini real hərbi imkanlara çevirməyin alyans üçün prioritet olduğunu vurğulayıb.
Aminə ŞAHSUVARQIZI