EN

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 21,7 milyon ABŞ dolları olan 597 ədəd minik avtomobili ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalı dəyər ifadəsində 24,3 %, miqdar ifadəsində isə 2 dəfədən çox azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 216,3 milyon ABŞ dolları dəyərində 8 442 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,07 %-i Azərbaycana yönəlib.

"Cebheinfo.az"

Chosen
42
5
cebheinfo.az

6Sources