Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan jurnalistlərə brifinqdə bildirib.
O, Müstəqillik Bəyannaməsini tənqid edərək, konstitusiyadakı bütün dəyişikliklərin Ermənistanın daxili işi olduğunu vurğulayıb.
Paşinyan region ölkələrini eyni mərtəbədəki mənzillərə bənzədib.
O qeyd edib ki, bu mənzillər qonşular üçün təhlükə yarada bilər. Belə şəraitdə ölkə yalnız xarici dəstək sayəsində mövcud ola bilər:
“Beləliklə, siz dəstək gözlədiyiniz tərəfdən getdikcə daha çox asılı olursunuz. Ona görə də, Müstəqillik Bəyannaməsi – münaqişə və asılılıq bəyannaməsidir”.
Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Telegram kanalımız