EN

Brent neftinin qiyməti 115 dolları keçdi

Brent neftinin qiyməti 7% artaraq bareli 115 dolları ötüb.

Bu günen səhəri Brent-də kəskin yüksəlişlə yadda qaldı: may fyuçerslərinin qiyməti martın 9-dan bəri ilk dəfə olaraq bareli 115 dolları keçdi. Bu barədə Oxuməni.az ticarət platformalarının məlumatına görə xəbər verir.

Ticarət platformalarının məlumatına görə, Brent markalı neftin may fyuçerslərinin dəyəri 7,14% yüksəlib, bu barədə RİA "Novosti" xəbər verib. Bakı vaxtı ilə saat 11:14-ə qədər aktivin qiyməti bareli 115,05 dollar səviyyəsinə çatmışdı.

Belə yüksək göstəricilər martın doqquzundan bəri ilk dəfədir ki, bazarda qeydə alınır. Eyni zamanda, WTI-nin may fyuçersləri 1,55% bahalaşaraq 96,94 dollar həddinə çatmışdı.

Almaz Həsənli

Chosen
83
oxumeni.az

1Sources