EN

ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, bunlar Fransişku Trinçao ("Sportinq"), Vinisius Junior ("Real Madrid"), Rafinya ("Barselona") və Dominik Soboslaidir ("Liverpul").

Fransişku "Budyo-Qlimt"lə matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb, Vinisius "Mançester Siti" ilə səfər qarşılaşmasında görüşdə dubl edib. Rafinya "Nyukas"la Kataloniyadakı dueldə 2 qol və 1 qol assistlə diqqət çəkibsə, Soboslai "Qalatasaray"la oyunda adını tabloya yazdırıb.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Chosen
69
3
fanat.az

5Sources