EN

İran edam etdiyi Saleh güləşçi imiş YENİLƏNİB

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın bu gün səhər edamını elan etdiyi üç nəfərdən biri idmançı olub. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

Belə ki, 19 yaşlı güləşçi Saleh Məhəmmədi məhkəmənin hökmü ilə asılıb. 

O, Məhəmməd Qasemi Homapur və Abbas Əsədinin qətlində iştirakda ittiham olunub. 

Saleh Məhəmmədi 10 mart 2006-cı ildə anadan olub. 2024-cü ilin sentyabr ayında İranın sərbəst güləş milli komandası ilə Rusiyanın Krasnoyarsk şəhərində keçirilən Beynəlxalq Saytiev Kubokunda bürünc medal qazanıb.

***09:37

İranda iki polis məmurunu öldürmək və İsrail-ABŞ üçün əməliyyat tədbirləri görmək ittihamları ilə saxlanılan İran Milli İnqilabının üç etirazçısı edam edilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb. 

Edam edilənlər - Mehdi Qasemi, Saleh Məhəmmədi və Səid Davudi adlı şəxslər olub. 

Onlara qarşı irəli sürülən digər ittihamlar arasında insanları müharibəyə təhrik etmək və ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə adam öldürmək də var.

Sözügedən şəxslər Qum şəhərində edam olunub. 

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
unikal.az

1Sources